İsmayıllı rayonunun Xanagah kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 23 fevral tarixində məlumat verir.
Hadisə fevralın 22-si saat 18:00 radələrində qeydə alınıb. “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. Sonuncuda sərnişin olan 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.
Araşdırma aparılır.