İsmayıllıda ölüm və xəsarətlə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 11 iyul tarixində “Report”a istinadən məlumat verir.
Hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb. "VAZ-2103" markalı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəzada Kürdmaşı kənd sakini, 36 yaşlı Samir Babayev ölüb, 41 yaşlı Variz Ağayev və 36 yaşlı Tərlan Həsənov xəsarət alıblar.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_44298" align="alignnone" width="640"]
Foto Report[/caption]
[caption id="attachment_44299" align="alignnone" width="640"]
Foto Report[/caption]