İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 21 sentyabr tarixində Apa-ya istinadən məlumat verir.
Hadisə Gideyli kəndində qeydə alınıb. "Chevrolet Niva" markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə sürücü Sahib Həşimov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.