İsmayıllı-Lahıc yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət tam aradan qaldırılıb. Bu barədə ShimalNews 1 iyul tarixində məlumat verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib. Avtomobillər fasiləsiz və təhlükəsiz həmin ərazidən keçə bilir.
Bundan öncə həmin ərazidə avtonəqliyyat üçün qismən məhdudiyyət var idi.