top
Əsrlərin ənənəsi – Maxara bayramı birlik rəmzinə çevrilib
14 may 2026, 11:00
- ↺ +

Əsrlərin ənənəsi – "Maxara" bayramı birlik rəmzinə çevrilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatalada yazın gəlişi qədim el adətləri ilə qarşılanır. Rayonun Yuxarı Tala kəndi sakinləri hər il olduğu kimi bu il də günəş rəmzi sayılan "Maxara" el bayramını böyük coşqu ilə qeyd ediblər.

Bizim.Media-nın məlumatına görə, bu bayram kənd sakinləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Aprel və may aylarının yağışlı və sərin keçməsindən sonra günəşli havanın qayıtması kənddə də canlanma yaradıb. El mərasiminin təşkil olunduğu məhəllədə səhər saatlarından böyük hərəkətlilik müşahidə olunub. Bir tərəfdə uşaqların səsi yüksəlir, digər tərəfdə sac üstündə maxara bişirilir, qazanlarda isə hədik hazırlanır.

Sakinlər bildirirlər ki, bütün hazırlıq işləri kənd camaatının öz təşəbbüsü və vəsaiti hesabına həyata keçirilir.

Kənd sakini Rəbiyyət nənə bildirib ki, kənddə hər ailə əvvəlcədən hansı ərzağı gətirəcəyini bilir:

"Kimin gücü nəyə çatırsa, onu gətirir. Burada az gətirdi, çox gətirdi deyə heç kimə irad tutulmur".

Sakinlərin sözlərinə görə, bayram günü əvvəlcədən müəyyənləşdirilir və kənddən kənarda yaşayan qohumlar da mərasimə dəvət olunur. Məclis üçün qurulan çadır qadınlar və kişilər üçün ayrıca hissələrə bölünür.

Bayramın əsas yükünü isə ocaq başında çalışan kənd sakinləri daşıyırlar. Səhərdən qazanlarda hədik hazırlayanlar, iri samovarlarda çay dəmləyənlər və sac üzərində minlərlə maxara bişirənlər kəndin həmrəylik ruhunu nümayiş etdirirlər.

Yuxarı Tala sakinləri bildirirlər ki, mərasimdə ilk növbədə ahıl, xəstə, aztəminatlı və kimsəsiz ailələr üçün xüsusi pay ayrılır. Daha sonra isə uşaqlara yeməklər təqdim olunur.

Səhərdən axşama qədər davam edən "Maxara" el bayramı kənd sakinlərinin birlik, bərabərlik və paylaşma ənənələrinin bu gün də yaşadığını göstərir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər