Quba-Bakı istiqamətində saat 15:00 radələrində xəsarətlə nəticələnən qəza qeydə alınıb. Bu haqda ShimalNews 18 dekabr tarixində xəbər verir.
Hadisə “Beşbarmaq” dağının yaxınlığında baş verib. “Mitsubishi” markalı avtomobil eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çarpılıb və aşıb.
İlkin məlumata görə, 1 nəfər xəsarət alıb. Əlavə məlumat veriləcək.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/12/Sequence-019.mp4"][/video]