top
Araşdırma aparıldı, amma narazılıq qaldı: Qusar poçtu ətrafında mübahisə
03 iyun 2026, 15:42
- ↺ +

Araşdırma aparıldı, amma narazılıq qaldı: Qusar poçtu ətrafında mübahisə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunda poçt şöbəsi ətrafında yaranmış qalmaqal yenidən gündəmə gəlib. Vətəndaşlar məktublarının icazəsiz açılması ilə bağlı araşdırmanın nəticəsindən narazı olduqlarını bildirirlər.

Shimal.News xəbər verir ki, Qusar Müştəri Xidmətləri Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara məxsus məktubların oxunması və həmin məlumatların üçüncü şəxslərə ötürülməsi iddiaları yer alıb. Araşdırma zamanı videogörüntülərin və digər materialların aidiyyəti qurumlara təqdim olunduğu da qeyd edilib.

Məsələ ilə bağlı "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) vətəndaş müraciətinə cavabında bildirilib ki, şikayət əsasında müvafiq araşdırma aparılması üçün Azərpoçt MMC-yə sorğu göndərilib.

Vətəndaşların sözlərinə görə, təqdim olunan sübutlara baxmayaraq, onlara bu günədək araşdırmanın nəticələri barədə ətraflı məlumat verilməyib. Narazılıq doğuran əsas məqamlardan biri isə iş üzrə araşdırmaya xitam verilməsi və iddialarda adı hallanan şəxslərin fəaliyyətlərini davam etdirməsidir.

Şikayətçilərdən biri bildirib ki, sonuncu dəfə bir qrup sakin tərəfindən kollektiv müraciət göndərilən zaman poçt filialının rəhbəri məktubun ünvanını soruşub, daha sonra isə zərfi açaraq məzmunu ilə tanış olub.

"Sonuncu dəfə biz 4 nəfər kollektiv məktub göndərən zaman filial müdiri gəlib soruşdu ki, məktublar hara gedir. Sonra məktubu açıb oxuyub və ötürüb xəstəxananın o vaxtkı direktoru Kamil Hacıyevə. Hazırda Hacıyev vəzifəsindən kənarlaşdırılsa da, vətəndaşların məktublarını açdığı iddia olunan poçt müdiri hələ də fəaliyyətini davam etdirir", – deyə şikayətçi bildirib.

Xatırladaq ki, 2025-ci ilin may ayında bir neçə Qusar sakini yuxarı dövlət orqanlarına göndərdikləri şikayət məktublarının açılaraq oxunduğunu iddia edib, məsələ ilə bağlı Qusar Rayon Prokurorluğu tərəfindən araşdırmaya başlanıldığı açıqlanmışdı. Həmin ilin iyul ayında isə araşdırmaçı jurnalist Müqəddəs Mehdiyev şikayətçilərdən birinin prokurorluğa əlavə sənədlər və videogörüntülər təqdim etdiyini bildirmişdi.

Hazırda vətəndaşlar təqdim etdikləri materialların hüquqi qiymət almasını və iddiaların obyektiv şəkildə araşdırılmasını tələb edirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Oxşar xəbərlər