Zaqatala rayonunun Faldarlı kəndində yanğın hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 70 kv.m olan tövlə və damına yığılan 1,4 ton ot yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər mühafizə olunub.