Zaqatalanın Dağlı kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, rayon sakini Vahid İbrahimovun idarə etdiyi T-80 markalı traktor anidən alışıb və tamamilə yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb.