Zaqatala rayonunun Aşağı Tala kəndində yanğın olub.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 108 kv.m olan talvarın yanar konstruksiyaları 10 kv.m sahədə və altında yığılan 0,5 ton ot bağlaması yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.