Noyabrın 10-u axşam saatlarında Zaqatalanın Mazıx kəndində kişi meyiti tapılıb.
Shimal.News məlumat verir ki, 75 yaşlı Muxax kənd sakini Murtuzəli Dadamayevin cansız bədəni ona məxsus “QAZ-24” markalı avtomobildə aşkarlanıb.
İlkin təhqiqat zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.