Zaqatalada yağıntılı hava sellə nəticələnib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Yuxarı Çardaxlar kəndində güclü yağış yollara, təsərrüfatlara və sakinlərə ziyan vurub. Eləcə də nəqliyyatın hərəkəti iflic olub.
“5 dəqiqənin içində hər yanı su basdı. Avtomobillə hərəkət edirdim, selə görə məcbur olub geri qayıtdım”, - deyə yerli sakin bildirib.