Bu gün və sabah Yerdə maqnit qasırğası baş verəcək.
Shimal.News xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Bildirilib ki, 4 gündə son dərəcə qeyri-sabit vəziyyət davam edəcək. Hazırda Yer kürəsində 4 bal gücündə zəif maqnit qasırğası qeydə alınır. Bununla meteohəssas şəxslərdə sağlamlığın bir qədər pisləşməsi mümkündür. İnsanlarda baş ağrısı, nəfəs almaqda çətinlik, ürək döyüntüsünün artması və başgicəllənmə müşahidə oluna bilər.