top
Yeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR?
06 yanvar 2025, 17:59
- ↺ +

Yeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çində yayılmağa başlayan yeni virus insanları qorxutmamalıdır.

Bu fikirləri Modern.az-a açıqlamasında  Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib.

“Yeni virusun COVİD-19 pandemiyası ilə oxşar cəhətləri Çində və yenə dekabr ayında peyda olması da insanlarda “bəlkə yeni pandemiyadır” sualı doğurur. Lakin mövsüm dəyişmələri ilə əlaqədar qripin bu kimi müxtəlif ştamları yayıla bilir. İnfeksion xəstəliklər, xüsusilə hava-damcı yolu ilə yoluxan xəstəliklər sərhəd tanımır. Əgər insan hərəkəti varsa, bir virus bir bölgədən başqa bir bölgəyə də yayıla bilər və ya bu qonşu ölkədə bir neçə şəxsdə də müşahidə oluna bilər. Ancaq bu o demək deyil ki, bu, pandemiyadır. Pandemiya bir infeksion xəstəlik epidemiyasının eyni anda çoxlu ölkələrdə, regionlarda, hətta materiklərdə aşkar edilməsidir. Bu isə onun sürətli yoluxma qabiliyyətindən xəbər verir. Həmçinin, pandemiyalar ölüm hallarının sayının yüksək olması ilə fərqlənir. Metapnevmovirus isə hazırda belə təhlükəyə malik deyil və daha çox 14 yaşadək uşaqlarda müşahidə olunur”.

Onun sözlərinə görə, qabaqlayıcı tədbirlərin görülməsi təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən hər bir ölkə növbəti pandemiyalara hazırlıqlı olmalıdır:

“Belə ki, kifayət qədər laboratoriya, tibb kadrları, xəstəxana çarpayısının olması vacibdir.Ölkəmizdə isə hazırda belə kəskin virus infeksiyasının yayılması müşahidə edilmir”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü infeksionist Vasif Əliyev isə qeyd edib ki, Çində yayılan Metapnevmovirus artıq Qazaxıstan və Qırğızıstanda da qeydə alınıb:

“Bu virus "Pnevmavirid" ailəsinə aid olub, RSV virusu ilə eyni ailədəndir. Bu virus ilk dəfə 2001-ci ildə Hollandiyada aşkarlanıb. Sözügedən virus yuxarı və aşağı tənəffüs yollarının infeksiyasına, hətta prevmaniyaya səbəb ola bilir. Əsas vacib məqam hava-damcı yolu ilə yayılır, 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar yəni körpələr və immunsupressiv dərman istifadə edən xəstələr, orqan çatışmazlığı olan şəxslər xəstəliyi daha ağır formada keçirə bilirlər. Əsas əlamətləri öskürək, burun axıntısı, nəfəs darlığı, temperaturun yüksək olmasıdır. Təbii ki, bu əlamətlərlə başqa viruslar da görülə bilir. Ona görə də sadəcə əlamətlərə görə təyin etmək çətindir. Ancaq bunu ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu şəkildə xəstədə hansı virus olduğunu söyləmək mümkündür”.

V.Əliyevin sözlərinə görə, xəstəlik xüsusilə uşaqlarda və immunspressiv dərman istifadəçilərində ağır keçir:

“Belə şəxslərdə ölüm riski digərlərinə görə daha yüksəkdir. Amma yetişkin və yanaşı xəstəliyi olmayan, uşaqlıqda bu xəstəliyi keçirən insanlarda təsiri daha yüngül formada keçir. Müalicəsi simptomatikdir, dəqiq bir antiviral yoxdur, ribavirin istifadə olunur, amma onun da digər antivirallardan hansısa üstünlüyü göstərilməyib. Eyni zamanda virusa görə peyvənd istifadəsi də araşdırma mərhələsindədir. Amma konkret olaraq təsdiqlənmiş hər hansı peyvənd yoxdur. Ona görə də simptomatik müalicə aparılır. Xəstəliyə yoluxmamaq üçün xəstə insanlardan uzaq durmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsini gözləmək, gigiyena qaydalarına əməl etmək, ehtiyac olduqda tibbi maskadan istifadə etmək lazımdır. Virusa yoluxmanın qarşısını almaq üçün ən etibarlı yol bunlardır. Xəstə insanlara tövsiyə edərdim ki, ev şəraitində qalsınlar, çünki onların izolyasiyası ən doğru addım olar. Həmin insanlar çox sürətli şəkildə virusu digərlərinə ötürə bilər. Unutmayaq ki, uşaqlar və immunspressiv xəstələr sağaldıqdan sonra belə virus daşıyıcısı ola bilər. Bu baxımdan sağalan insanları da nəzarət altında saxlamaq lazımdır. Xəstəliyin erkən mərhələsində antibiotik, gərəksiz sistem müdaxilələr, xüsusilə də steroid istifadə edilməsi onun ağırlaşmasına səbəb ola bilər. Bu baxımdan səhv müalicə etməkdənsə, sadəcə simptomatik etmək ən doğru seçim olacaqdır”.

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər