top
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
04 dekabr 2024, 14:14
- ↺ +

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayır. Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə də öz təsiri göstərir. Artıq indidən evlərin kirayələnməsinə başlanılıb.

Məsələ ilə bağlı Trend.az-a açıqlama verən turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, artıq bir neçə ildir qeyri-iş günləri ilə bağlı regionlara güclü axın olur.

"Bunun da əsas səbəbi xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.

Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Hər il olduğu kimi, bu il də belə olacaq. Qiymətlər evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir. Adi günlərdə 50 manata təklif olunan gündəlik ikiotaqlı kirayə evin qiyməti bayram ərəfəsində minimum 80 manat olur.

Qiymətlər regionlardan asılı olaraq dəyişir. Bayramda ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan başlayır.

Bölgələrdə villalar var ki, orada bir neçə ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların günlük qiymətləri 350-500 manat aralığında dəyişir. Belə villaları üç, dörd ulduzlu hotellərlə müqayisə etmək olar".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Pünhan İsmayılov bildirib ki, Yeni il və digər bayramlarda insanların daha çox səyahət etməsi və rayonlara getməsi təbii haldır.

"Bu dövr ərzində rayondakı kirayə evlərə olan tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin, bayramda daha çox ailəvi səyahət və qonaq gəlmə halları olduğu üçün kirayə evlərə tələbat artır.

Azərbaycanda bəzi rayonlar turizm baxımından cazibədar bölgələrdir. Xüsusilə qış turizminin inkişaf etdiyi rayonlarda (məsələn, Quba, Qusar, Şəki, İsmayıllı və s.) Yeni il və bayram dövründə turist axını artdıqca, kirayə evlərə tələbat yüksəlir və bu da qiymət artımına səbəb olur".

Ekspert qeyd edib ki, Yeni il zamanı rayondan şəhərə gələn və ya şəhərdən rayonlara gedən insanlar üçün kirayə evlərə tələbat artır.

"Bu mövsümə xas olaraq artan tələbat xüsusən yerli əhali üçün kirayə qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Kirayə ev sahibləri bayram dövründə kirayə qiymətlərini artıraraq, daha çox gəlir əldə etməyə çalışırlar. Bu, xüsusən kirayə evlərin sayı məhdud olan bölgələrdə daha çox müşahidə edilir.

Bu səbəblərdən Yeni il və digər bayram dövrlərində Azərbaycanda rayonlarda kirayə evlərin qiymətində artım müşahidə oluna bilər. Tələb artdıqca, təklifin də məhdud olduğu bölgələrdə qiymətlər yüksəlir", - deyə o qeyd edib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:41

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Oxşar xəbərlər