Xaçmaz rayonunun Xudat şəhərində ev yanıb. Bu barədə ShimalNews 30 aprel tarixində məlumat verir.
Ümumi sahəsi 242 kv.m olan ikimərtəbəli evin 1 otağı, mətbəxi və binaya bitişik köməkçi tikili alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Alov söndürülüb.