Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 30 iyul tarixində məlumat verir.
Hadisə saat 11:00 radələrində Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. “Ford Tranzit” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb olunub.