Xudat şəhərində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar bayram konserti keçirilib. Bu haqda ShimalNews 15 iyun tarixində məlumat verir.
Nizami Gəncəvi adına Parkda təşkil olunan tədbir Rayon İcra Hakimiyyəti və ARB Media Qrupun birgə təşkilatçılığı ilə baş tutub. Konsertdə icra başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, təhsil,səhiyyə, mədəniyyət və digər sahələrin kollektivləri, eləcə də sakinlər iştirak ediblər.
Konsert proqramında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Gecə atəşfəşanlıqla yekunlaşıb.