Xudat şəhər sakininin qaçırdığı 13 yaşlı qız sığınacağa yerləşdiriləcək. Bu barədə ShimalNews 29 may tarixində Bizim.Media-ya istinadən xəbər verir.
“Hadisə ilə bağlı istintaq hərəkətləri davam etdiyi üçün müəyyən detalları aça bilmirəm. Amma hesab edirəm ki, qızın izahatı yenidən alınmalıdır. Qız isə çox əziyyət çəkir. “Gecələr yata bilmirəm, apar məni” deyir. Artıq o, sığınacağımızda reabilitasiyaya cəlb olunacaq”, - deyə “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə açıqlayıb.
Daha öncə Tovuzdan olan yeniyetmə qızın itkin düşüb, Xudatda tapılması haqda məlumat vermişdik.