itkin düşən yeniyetmə qız Xaçmaz rayonunda tapılıb. Bu haqda 22 may tarixində ShimalNews DİN-nin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində may ayının 18-də axşam saatlarında evdən çıxıb geri qayıtmayan Əfsanə Tağıyevanın yeri müəyyənləşdirilib. Polis əməkdaşları qızla əlaqə saxlayıb, səhhətinin normal olduğunu, həyati təhlükəsinin olmadığını dəqiqləşdiriblər.
İlkin məlumata görə, 13 yaşlı qız ailə qurmaq üçün öz istəyi ilə Xaçmaza gedib.
Yeniyetmə qız tezliklə ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.