Sabah Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan şəhid Əlibəy Əlibəyovun 40 mərasimi keçiriləcək. Bu barədə ShimalNews 30 oktyabr tarixində məlumat verir.
Noyabrın 5-də saat 11:00-da şəhidin Xudat şəhəri 3-cü şöbədə, yaşamış olduğu evdə keçiriləcək məclisinə hər kəs dəvətlidir.
Şəhid Əlibəy Əlibəyov 44 günlük Vətən müharibəsində də iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətlərə görə, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub.
Şəhidin 3 övladı Vətənə əmanət qalıb.