Xudat şəhərində daha bir qəza baş verib. Bu barədə ShimalNews 30 iyul tarixində məlumat verir.
Hadisə yenidən M.F. Axundov küçəsində qeydə alınıb. Qəza, təxminən 14:30 radələrində yolun dairəvi hərəkət olan hissəsində baş verib. Burada “Toyota RAV4” markalı minik avtomobili “KİA Optima” markalı avtomobil ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.
[caption id="attachment_21653" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21652" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_21651" align="alignnone" width="300"]
Photo Shimal.News[/caption]