Xaçmaz rayonunda avtomobil 4 yaşlı uşağı vurub. Bu barədə ShimalNews 27 iyul tarixində məlumat verir.
Hadisə iyulun 26-sı, saat 21:00 radələrində baş verib. Xudat şəhəri, H.Əliyev prospektində “VAZ-21099” markalı avtomobil qız uşağını vurub.
Xəsarət alan Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.