top
Xızılı şəhidin anası 31 ildən sonra oğlunu torpağa verdiyi gün ona QOVUŞDU
20 fevral 2025, 16:11
- ↺ +

Xızılı şəhidin anası 31 ildən sonra oğlunu torpağa verdiyi gün ona QOVUŞDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birinci Qarabağ müharibəsinin şəhidi Oktay Həsənovun anası Gülbəs Həsənova vəfat edib.

Shimal.News  xəbər verir ki, o, Xızı rayonunun Tıxlı kəndində şəhid oğlu və ömür-gün yoldaşı Alməmməd Həsənovun yanında torpağa tapşırılıb.

Gülbəs Həsənova Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Mağaracıq kəndində anadan olub. 1988-ci ildə ata-baba yurdundan didərgin düşən ailə əvvəlcə Balakəndə, sonra isə Xızı rayonunun Tıxlı kəndində məskunlaşıb. O, həyat yoldaşı Alməmməd Həsənovla birlikdə 5 övlad böyüdüb. Oqtay Həsənov ailənin dördüncü övladı olub.

1970-ci ilin 24 mayında dünyaya gələn Oqtay 1990-cı ilə hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq Birinci Qarabağ müharibəsinə qatılıb və Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevlə Qubadlı döyüşlərində birgə vuruşub. 6 yanvar 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Fevralın 19-da Xızı rayonunun Tıxlı kəndində torpağa tapşırılıb. Xızı rayon Tıxlı kənd orta məktəbi şəhidin adını daşıyır.

Anası Gülbəs Həsənova oğlu ilə vidalaşdığı həmin kədərli tarixin 31-ci ilində, fevralın 19-da dünyasını dəyişib və şəhid oğlu, eləcə də həyat yoldaşının məzarı yanında dəfn olunub. Ailə üzvləri bununla bağlı təsirli paylaşımlar ediblər.

Gülbəs Həsənova bu illər ərzində şəhid oğlu ilə qürur duyub, daim onu xatirələr, bayatılar və ürək yandıran şeirlərlə yaşadıb.

Gülbəs Həsənovanın həyatı bir ananın fədakarlığının, vətən sevgisinin və şəhid oğlu ilə qürurunun təcəssümü kimi yadda qalacaq.

Allah rəhmət eləsin!

 

 

Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər