top
Xızıda keçirilən “Gənc arıçı” layihəsinin təlim mərhələsi yekunlaşıb
11 iyun 2025, 13:46
- ↺ +

Xızıda keçirilən “Gənc arıçı” layihəsinin təlim mərhələsi yekunlaşıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir.

IDEA-dan Shimal.News-a bildirilib ki, bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm nəzəri biliklər, həm də praktik bacarıqlar aşılanıb.

Layihənin növbəti mərhələsində iştirakçılara arıçılıq təsərrüfatı qurmaq üçün arı ailələri, pətəklər, arıçı geyimləri, balsüzən aparat və digər zəruri avadanlıqlar təqdim olunacaq. Bu mərhələdə onların effektiv istehsal fəaliyyəti üçün lazımi şərait yaradılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

Qeyd edək ki, “Gənc arıçı” layihəsi IDEA İctimai Birliyi, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə 2021-ci ildən həyata keçirilir. Bu günədək layihə çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.

Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda, layihə gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.

 

 

 

 

 

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər