top
Xızıda ayıları əsirlikdən azad etdilər… Onlar İngiltərədə yaşayacaqlar
23 may 2025, 15:37
- ↺ +

Xızıda ayıları əsirlikdən azad etdilər… Onlar İngiltərədə yaşayacaqlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən restoranlardan birinin ərazisində illərlə dəmir qəfəsdə saxlanılan 2 boz ayı əsirlikdən xilas edildi.

Haqqın.az-ın məlumatına görə, buna Böyük Britaniyanın Wildheart Animal Sanctuary adlı heyvan sığınacağının təşəbbüsü ilə başladılan genişmiqyaslı kampaniya nəticəsində nail olunub.

Artıq yaxın günlərdə əyləncə adı altında əzab çəkən bu heyvanlar xüsusi reyslə Böyük Britaniyaya aparılacaq. Orada Uayt adasında onları 3500 kv.m ərazisi olan reabilitasiya mərkəzi gözləyir. Bununla ayılar normal həyata qayıda biləcək.

Benji və Balu adlı 2 qardaş ayının hekayəsi, “turist atraksionu” adı ilə ört-basdır edilən vəhşiliyin və qəddarlığın bir salnaməsidir. Onlar illərlə çılpaq beton döşəmədə, dar dəmir qəfəsdə, isti və soyuqdan qorunmadan, hərəkət imkanından məhrum halda saxlanılıb.

Sosial şəbəkələrdə video yayılandan və beynəlxalq rezonans doğurandan sonra Wildheart Animal Sanctuary tərəfindən 150 min funt sterlinq toplamaq üçün kampaniya keçirildi. Lazımi məbləğ 2024-cü ilin oktyabrında toplanandan sonra tikinti işlərinə başlanıldı. Məqsəd, Qafqaz boz ayıları üçün təbii şəraitə maksimal uyğun sığınacaq inşa etmək idi.

Lakin ən çətin məsələ bu 2 iri yırtıcının Cənubi Qafqazdan Atlantik okeanındakı adaya daşınması oldu. Belə hallarda vəhşi heyvanların daşınması üçün dövlət mexanizmləri adətən mövcud olmur. Həll isə Lüksemburq mənşəli Cargolux adlı özəl aviaşirkət tərəfindən tapıldı. Şirkət nəinki bütün nəqliyyat xərclərini, həm də təhlükəsizlik, gigiyena və etik standartlara uyğun xüsusi konteynerlərin hazırlanmasını öz üzərinə götürdü.

“Cargolux dəstəyi olmasaydı, bu layihə kağız üzərində qalacaqdı,” — deyə Wildheart sığınacağının baş direktoru Lourens Beyts jurnalistlərə bildirib. Onu da əlavə edib ki, bu şirkət 2 beluqa balinasını Çindən İslandiyaya təxliyə edərək bu işdə mütəxəssis olduğunu göstərib.

Benji və Balunun taleyi – təəssüf ki, sonuncu deyil. Bəzi restoran, otel və şəxsi obyektlərdə canavar və ya aslan kimi vəhşi heyvanlar “əyləncə elementi” kimi istifadə olunur.

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər