top
Xızıda ər kağıza görə arvadını 32 DƏFƏ BIÇAQLADI
21 dekabr 2024, 11:27
- ↺ +

Xızıda ər kağıza görə arvadını 32 DƏFƏ BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xızıda ər qapıdan kağız ötürdüyü üçün arvadını öldürüb.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1974-cü ildə Xızıda doğulan Laçın Əfəndiyev (ad şərtidir) 2017-ci ildə Sevinc Əfəndiyeva (ad şərtidir) ilə ailə həyatı qurub. Laçın son iki il ərzində Sevincin başqa kişilərlə ona xəyanət etməsindən şübhələnib. Buna görə aprelin 28-i evdə gün ərzində mübahisə zamanı Sevincin aqressiv cavab verməsindən ona xəyanət etməsi qənaətinə gəlib. Beləliklə, Sevinci öldürmək qərarı alıb. Mətbəxdən götürdüyü bıçaqla Sevincə yaxınlaşaraq xüsusi amansızlıqla bıçaqlamağa başlayıb. Nəticədə Sevinci 32 dəfə bıçaqlayaraq həyatdan məhrum edib.

Laçın Əfəndiyev Azərbaycan Respublikası CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Laçın Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:

“Sevinclə evliliyimizdən 2021-ci ildə qızımız dünyaya gəldi. Onunla son zamanlar münasibətimiz pozulmuşdu. Onun mənə xəyanət etməsindən şübhələndiyim üçün aramızda tez-tez mübahisələr olurdu. Hadisə günü Sevincin qapıdan kiməsə kağız ötürdüyünü gördüm. Onun kim olduğunu soruşsam da, cavab vermədi. Çölə çıxıb kim olduğunu axtardım, tapmadım. Evə qayıdıb Sevinclə mübahisə etməyə başladım. Sevincin telefonunu yoxlatdırmaq üçün əlindən alıb evdən çıxdım. Evin pəncərəsinə baxanda Sevincin məni güddüyünü gördüm. Yenidən evə qayıtdım. Sevinc mənə qarşı nalayiq ifadələr işlətdi. Sevincin qardaşına zəng etdim. Dedim ki, gəl bacını apar. Qardaşı gələ bilməyəcəyini dedi. Sevinc də, mən də sakitləşəndən sonra niyə xəyanət etdiyini soruşdum. Yenə aramızda dava başladı. Davadan bezib bıçağı götürüb Sevinci bıçaqlamağa başladım. Amma bunu necə etdiyimi xatırlamıram”.

Məhkəmədə zərərçəkmiş Sevinc Əfəndiyevanın hüquqi varisi, qardaşı ifadə verib:

“Sevinclə Laçın arasında mübahisələr keçən ilin sentyabrından başlayıb. Buna səbəb isə Laçının qardaşı Nəbi və arvadı arasında yaranmış mübahisədə Sevincin Nəbinin arvadı Məxmərin tərəfini tutması olub. Nəbi mübahisə zamanı Məxmərin üstünə silah da çəkmişdi. Sevinc mənim yoldaşım Yaqutla söhbət edəndə deyib ki, Nəbi ilə arvadı arasında mübahisənin yaranma səbəbi guya Məxmərin Nəbiyə xəyanət etməsidir. Lakin Sevinc Məxmər haqqında deyilən bu sözə inanmadığını deyib. Hadisə günü Laçın mənə zəng edib evə çağırdı. Bacımdan boşanmaq istədiyini dedi. Laçına dedim ki, sabah işdən icazə alıb gələcəm. Amma Laçın əl çəkmədi ki, bu gün mütləq gəlməlisən. Mən də işdən çıxıb yoldaşım Yaqutla birlikdə onlara getdik. Çatanda evin qapısını açıq gördüm. İçəri girib işığı yandıranda Sevinc qanlar içində yerdə idi. Laçına ömürlük cəza verilməsini xahiş edirəm”.

Məhkəmədə aparılan istintaqla Laçın Əfəndiyev cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Laçın Əfəndiyev 18 il azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Cəmiyyət
Dünən, 09:37

Ağsuda Aqrar Biznes Festivalı başlayır

Cəmiyyət
Dünən, 09:20

Sonuncu İlisu sultanı Daniyal: General rütbəsindən azadlıq mübarizəsinə uzanan yol

Cəmiyyət
Dünən, 08:42

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

İdman
11 noyabr 2026, 17:26

Qusarlı kikboksçular Şuşa Kubokunda medal qazanıblar

İqtisadiyyat
11 noyabr 2026, 17:10

Fermerlərə 1,9 milyon manat aqrar sığorta ödənişi edilib

Cəmiyyət
11 noyabr 2026, 16:59

Qəbələ RMX-yə yeni direktor təyin olunub

Cəmiyyət
11 noyabr 2026, 16:59

Bakıxanovun ev-muzeyi unudulub? Tarixi məkanın acınacaqlı vəziyyəti

Cəmiyyət
11 noyabr 2026, 16:51

Zaqatalalı şəhid qəhrəmanın atasının pensiyası kəsildi - Ailə kömək istəyir

Faydalı
11 noyabr 2026, 16:24

Ədliyyə Nazirliyi Şəkidə mütəxəssis axtarır

İdman
11 noyabr 2026, 15:42

II Liqada XI turun oyun cədvəli açıqlanıb – "Şəki" səfərdə oynayacaq

Cəmiyyət
11 noyabr 2026, 15:15

200 ilin su dəyirmanı fəaliyyətini davam etdirir - FOTO

Cəmiyyət
11 noyabr 2026, 14:40

Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar gözlənilir

Oxşar xəbərlər