Quba-Xınalıq yolu qardan təmizlənib. Bu barədə ShimalNews 21 noyabr tarixində “Azərtac”a istinadən xəbər verir.
Yolun 37-47-ci kilometrliklərində bəzi ərazilərdə 3 santimetrədək qar yağıb. Yolların qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin ağır texnika ilə təmin edilən növbətçi briqadaları yola nəzarət edir.
Həmçinin Ləzə kəndində və Şahdağda da qar yağıb.