top
Xalça dünyasına sənətşünasla səyahət- MÜSAHİBƏ
27 may 2025, 15:09
- ↺ +

Xalça dünyasına sənətşünasla səyahət- MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalçalarımızın hər ilməsində xalqımızın sevinc və kədəri, xəyal və ümidlərindən bəhs edən böyük bir irs yaşayır. Azərbaycanda, ticarət yollarının və mədəniyyətlərin kəsişdiyi yerdə, minilliklər boyu xalça kolleksionerlərinin marağını cəlb edən şah əsərləri yaradılıb. Toxunan xalçanın hər bir naxışı vətənimizin çoxəsrlik tarixini, mədəniyyətini özündə əks etdirir. Bu gün nənələrdən nəvələrə ötürülən sənətkarlıqdan, bu qədim sənətin bizi necə valeh etməsindən bəhs edəcəyik.

AZƏRTAC xalça sənətinin rəngarəng dünyasını daha yaxşı öyrənmək üçün sənətşünas Asya Şirəliyeva ilə həmsöhbət olub.

İncəliyin və dərin simvolizmin təcəssümü olan Şirvan xalçaları

İncəliyin və dərin simvolizmin təcəssümü olan Şirvan xalçaları Azərbaycan xalçaçılıq məktəbində xüsusi yer tutur. Müsahibimiz deyir ki, bu regionun xalçaları rəngarəngliyi ilə seçilir. “Azərbaycan xalçaları ümumilikdə dörd əsas qrupa bölünür. O dörd əsas qrupa bölünənlərdən birincisi Quba-Şirvan xalçalardır. Şirvanın 25-dən çox xalça kompozisiyası var. Əgər ayrı-ayrılıqda tədqiqat aparılsa, bizə məlum olmayan kompozisiyalar da ortaya çıxa bilər. Azərbaycanın demək olar ki, hər şəhərin, kəndin, qəsəbənin özünəməxsus xalça kompozisiyası var. Hətta Şamaxının kəndlərində, qəsəbələrində xalçalar bir-birindən fərqlənir”.

Sənətşünas qeyd edir ki, çox vaxt Şamaxı xalçaları Qobustan adı ilə təqdim olunur. Çünki indi Cəyirli, Çalov, Poladlı, Yenikənd, Nabur kəndlərinin hamısı Qobustan rayonuna aid edilir. Lakin onlar uzun onilliklər Şamaxı rayonunun tərkibində olub. “Qobustan, Salyan, Neftçala, Qəbələ, Kürdəmir bu gün ayrı regionlar olsalar belə burada toxunan bütün xalçalar Şirvan qrupuna aiddir. Şirvan xalçaları çox böyük ərazini əhatə edir. Onların sıxlığı da yüksəkdir. Onu da deyim ki, Qubanın bəzi kəndlərində, şəhərdə toxunan xalçaların sıxlığı bəzən Şirvan xalçalarından daha çox olur. Şamaxının elə kəndlər var ki, orada 38, 40, 50, hətta 70-ə qədər sıxlıq olan xalçalar olur”, - deyə o, əlavə edib.

Asya xanım, həmçinin xalçanın toxunmasında istifadə olunan yundan da bəhs edib: “Yun nə qədər nazik olsa, ip o qədər incə olur, nəticədə, onun ərişi də çox olur. Əksər xalçaların ərişi qədim dövrlərdə yun olurdu. Doğrudur, Təbrizdə, bir də Qarabağda orta əsrlərdə pambıqdan da ərişi olan xalçalar toxuyublar. Amma Şirvanın qədim xalçalarının əksəriyyətinin həm ərişi, həm də xovu yun olub. Kompozisiya cəhətdən də Şirvan xalçalarında həndəsi elementlər daha çoxdur”.

Həyatımızın ayrılmaz hissəsi – xalça sənəti

Xalça sənətinin həyatımızın ayrılmaz hissəsi olduğunu deyən Asya xanım xatırladıb ki, Azərbaycanda artıq beş yaşından qız uşaqları nənənin, ananın, bibinin və ya xalanın yanında oturub bu xalçatoxumanın sirlərini öyrənirdi: “Qadınlarımızın əksəriyyəti xalça toxuyurdu. Elə kişilər var idi ki, onlar da xalça sənəti ilə məşğul olurdu”.

Mütəxəssis sözlərinə görə, Şirvan xalçalarının orta hissəsini əsasən göl naxışlar təşkil edir. Burada nəbati elementlərdən daha çox həndəsi elementlərə üstünlük verilir. Dünyanın bir çox yerlərində həndəsi elementlərlə işlənmiş xalçalar daha çox bəyənilir, nəinki bitki motivləri ilə olanlar. Xalçaların ara sahələrində həndəsi elementlərlə yanaşı doldurucu elementlər var ki, onlarda nəbati elementlərdir. Hər elementin də özünəməxsus mənası var.

Muzeydə sərgilənən “Ərçiman” xalçasının XIX əsrdə ulu nənəsinin toxuduğunu diqqətə çatdıran Asya xanım bir yaşı olanda bu xalçanın üstündə gəzdiyini deyib: “Xalçanı 1985-ci ildə muzeyə hədiyyə etmişəm. Xalça müxtəlif naxışlarla zəngindir: Bayramlarda nənəm həmişə deyərdi “o dörd göl xalçanı gətirin, bayramda onu yerə sərək”.

Hər xalçanın xanımların öz daxili aləminin, beyninin məhsulu olduğunu qeyd edən sənətşünas sonradan bu kompozisiyaların bir sxem şəkli aldığını deyib: “Xalçatoxuyan qadınlar öz kəndinin kompozisiyasından kənara çıxa bilməzdi. Hər bölgənin özünəməxsus kompozisiyası olmalıdır ki, xalçalar analizi aparılanda bilinsin ki, bu hansı regionda hazırlanıb. Xalçanın sıxlığı onun hansı bölgəyə aid olduğunu müəyyən etməyə kömək edir. Yunun keyfiyyəti də böyük rol oynayır. Məsələn, Qazax xalçaları bir növ məxmərə bənzəyir. Ümumiyyətlə ən aşağı sıxlığı olan xalçalar Qazax, ən yüksək sıxlığı olan isə Təbriz, Quba, Bakı xalçalarıdır. Qarabağ və Qazax xalçalarında demək olar ki, sıxlıq eynidir. Çünki xalçalar qoyunun döş hissəsindən qırxılan yundan toxunur. Yun darandıqca ipək kimi olur. Xalçatoxumada əsasən yaz yunundan istifadə olunur. Hər il mayda qırxım başlayır. Bildiyiniz kimi, qırxım başlayandan sonra əhalinin müəyyən qismi oturaq həyat tərzi keçirir, digər qismi isə heyvandarlıqla məşğul olur. Məsələn, Şirvan bölgəsində padarlar tərəkəmə həyatı yaşayıb. Onlar əsasən heyvandarlıqla məşğul olub, yaylaqdan qışlağa, qışlaqdan yaylağa köçürdülər. Yazda tərəkəmələrdə xalçanın boyama prosesi başlayırdı, payızda isə qurtarırdı. Tərəkəmələr köç zamanı əsasən xovsuz xalçalardan istifadə edir. Çünki xovlu xalçaların bükülməsi xovsuzlara nisbətən daha çətin olur. Xovlu xalçalar bir növ yorğanı xatırladır, onları büküb xüsusi məfrəşələrə qoyurlar”.

Müsahibimiz bildirib ki, tərəkəmələr nəmişlik, qamış yerlərdə alaçıqlar quranda xalçaların altına həsrlər döşəyirlər: “Azərbaycanın cənub bölgəsində - Masallı, Lənkəran, Astarada qamışlıq olan yerlər çox olduğuna görə onlar həsirlərdən alaçıqların tərtibatında istifadə edirlər. Mən Amerikadan, İngiltərədən gələn turistləri tərəkəmələrin həyatı ilə tanış etmişəm. Tərəkəmələrin mətbəx mədəniyyəti sənətlə birlikdə əcnəbiləri heyran qoyur. Çox zaman tərəkəmələr bizi qonaq edirdilər. Nyu-Yorkdan, Vaşinqtondan, Londondan belə bura qonaqlar gəlir”.

Həm sevincli, həm də kədərli anları əks etdirən xalçalar

Həmsöhbətimiz xalçaların uzun müddət qalması üçün onlara necə qulluq olunmasından söz açdı: “Onlara xüsusi qulluq göstərilməlidir. Xalça öz nəmliyini götürməlidir ki, gələcəkdə o çürüməsin. Xalçanın özü də həddən artıq quru olmamalıdır. Ona görə xanımlar hər il xalçanı yuyurlar. O, həm çirkdən təmizlənir, həm də ilboyu öz nəmliyini götürür. Onu da qeyd edim ki, təbii boyalardan hazırlanan xalçalar öz rəngarəngliyini qoruyur. Lakin kimyəvi maddələrlə boyanan xalçaların rəngi hər yuyulanda parlaqlığını itirir”.

Asya xanım deyir ki, əvvəllər qədim xalçaları gilabı ilə yuyurdular: “O, xüsusi bir şirədir. Bölgələrdə sarı torpaq olan yerlərdə, təpəliklərdə çox vaxt rast gəlinir. Xüsusi alətlərlə vururlar ki, oradan açıq yaşıl rəngdə şirə çıxsın. Keçmişdə evləri şirələyirdilər ki, həşəratların qarşısını alınsın. Həmçinin xalçanın arasına güvələrdən qorumaq üçün təbii otlar qoyurdular. Elə xalçalar var ki, 200-300 ildən çox işlədilib və hazırda muzeylərdə qorunur. Çox vacibdir ki, həmin xalçalar vaxtı-vaxtında təmizlənsin, yuyulsun və qurudulsun. Nəmli halda onları büküb saxlamaq olmaz, çünki iplər çürüyə bilər. Xalçaya kor-təbii surətdə yanaşmaq olmaz, ona qayğı göstərmək lazımdır. Biz ona qulluq etdikcə, öz sağlamlığımızın qayğısına qalırıq”.

Sənətşünas qeyd edir ki, hər bir evin bayramlarda, toy və yas günlərində istifadə oluna xalçası olurdu: “O zamanlar hər bir yaşlı qadın özü üçün işlənməmiş xalçanı saxlayırdı və deyirdi ki, “bu dünyadan köçəndə məni bunun üstündə apararsınız. Azərbaycan xalqı xalça üstündə dünyaya gəlir, xalça üstündə yaşam tərzi keçirir, xalça üstündə dünyadan köçür”.

 

Son xəbərlər

Hadisə
Bu gün, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Bu gün, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Bu gün, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Bu gün, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Bu gün, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Bu gün, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Bu gün, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Bu gün, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Bu gün, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Bu gün, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Bu gün, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Bu gün, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
Dünən, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
Dünən, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
Dünən, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
Dünən, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
Dünən, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
Dünən, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
Dünən, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
Dünən, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
Dünən, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
Dünən, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
Dünən, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər