Xaçmazlı Yusif vətənə qızıl medal qazandıran idmançılardan biri olub.
Shimal.News-un məlumatına görə, Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında sərbəst güləş üzrə millimiz uğurlu çıxışı ilə yadda qalıb.
Belə ki, yığmamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
Medal qazanan idmançılardan biri də Yusif Abdullayev olub.
38 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız finalda Gürcüstan təmsilçisi Rezi Yobidze ilə qarşılaşıb.
İdmançını və onun məşqçisi Kamran Yunusovu təbrik edir, gələcək yarışlarda yeni uğurlar arzulayırıq.