Xaçmaz - Quba yolunun kənarında əkilən ağaclar qulluqsuz qalmaları səbəbindən quruyur. Bu barədə ShimalNews 26 iyul tarixində məlumat verir.
Bu hal Xaçmaz rayonunun Yergüc kəndi ərazisində müşahidə olunur. Sakinlər bildirib ki, burada qurumuş ot yandırılıb və beləliklə ağaclara da ziyan dəyib. Həmçinin yaxınlıqda su kanalının keçməyinə baxmayaraq, ağaclara su verilmir.
Daha öncə, Xaçmaz rayonunda mütəmadi olaraq ağacəkmə aksiyalarının təşkil olunması haqqında məlumat vermişdik.