Xaçmaz rayonu Üçgünqışlaq kənd tam orta məktəbində təmir-bərpa işləri aparılıb.
ShimalNews xəbər verir ki, Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri və məktəbin pedoqoji heyəti görülən işlərlə tanış olublar.
Məktəbin hasarı tikilib, yeni darvaza qapılar düzəldilib, bütün pəncərələr yeniləri ilə əvəz olunub, idman turnikləri yerləşdirilib, məktəbin çöl fasadı boyanıb, su xətti çəkilib və ehtiyat su çəni quraşdırılıb. Bu işlər kənd icmasının üzvü tərəfindən həyata keçirilib.