Xaçmaz rayonunun Rəhimoba kəndində yanğın qeydə alınıb.
Shimal.News xəbər verir ki, ümumi sahəsi 60 m² olan köməkçi tikili, içərisində olan əşyalar və ətrafında 0,5 ha sahədə kol-kos yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.