Xaçmazda intihara cəhd hadisəsi olub. Bu haqda ShimalNews 15 dekabr tarixində “Lent.az”a istinadən xəbər verir.
Hadisə Qusarçay kəndində baş verib. Burada yaşayan Orxan Ağadadaşov gecə saat 1:00 radələrində sərxoş olub. Həmin vaxt sərxoş halda canına qəsd etmək üçün üzərinə benzin tökərək özünü yandırıb. Lakin xilas edilib.