Lokal antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların Xaçmazda 40 mərasimləri keçirilib. Bu haqda ShimalNews 2 noyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Mərasimlərdə icra başçısı Elnur Rzayev, RİH-in işçiləri, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Bütün şəhidlərimizin xatirəsi yad edilib, onların ruhlarına dualar oxunub, ehsan süfrələri açılıb.