Xaçmaz Regional Ədliyyə İdarəsinin kollektivi antiterror əməliyyatında şəhid olmuş hərbçimizin ailəsini ziyarət edib. Bu barədə ShimalNews 22 noyabr tarixində məlumat verir.
Tədbir ədliyyə orqanlarının 105 illik yubileyi və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə baş tutub. Şəhid gizir Ceyhun Şıxəliyevin atası Oktay Şıxəliyev görüş zamanı diqqət və qayğıya görə təşəkkürünü bildirib.