“Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xaçmaz rayonunda görüşü təşkil olunacaq. Bu barədə ShimalNews 31 yanvar tarixində İB-yə istinadən məlumat verir.
Görüş fevralın 2-də keçiriləcək. Zəfər Parkında saat 12:00-dan 13:00-a qədər “Səyyar qəbul otağı” fəaliyyət göstərəcək.
İstənilən təklif və suallar yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.