Xaçmaz rayonunun Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə araşdırma aparılıb. Bu barədə ShimalNews 1 may tarixində Baş prokurorluğa istinadən məlumat verir.
Bildirilib ki, Oqtay Şıxməmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə ciddi zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.