Rus Evi Xaçmazda rus dilini öyrənmək üçün ilk mərkəz yaradıb. Bu barədə ShimalNews 13 dekabr tarixində “Sputnik”ə istinadən məlumat verir.
Həmin mərkəzdə dil öyrənmək, maarifləndirici və mədəni tədbirlərdə iştirak etmək və Rusiya Federasiyasında təhsil almaq imkanları haqqında məlumatlanmaq olar.
Açılış mərasimində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin iştirak ediblər.