Xaçmazda iki qardaş dava zamanı tüfəngdən atəş açıb. Bu barədə ShimalNews 29 iyul tarixində Report-a istinadən məlumat verir.
Hadisə ötən gün Xanlıqoba kəndi ərazisində baş verib. Saat 18:00 radələrində Xaçmaz RPŞ-yə 2 nəfərin F. Nəcəfovu döyməsi və tüfəngdən havaya atəş açması barədə məlumat daxil olub.
Aparılan əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Rüstəmov qardaşları saxlanılıblar. Qardaşların birindən qanunsuz saxladığı, nömrəsi silinmiş ov tüfəngi müsadirə edilib.
Faktla bağlı araşdırma aparılır.