Xaçmaz rayonu üzrə təhsil sektoru "İstedadlı və yaradıcı şagirdlərimizi siz də tanıyın" adlı müsabiqəyə başlayıb. Bu barədə ShimalNews 30 aprel tarixində məlumat verir.
Yarış bu gündən etibarən may ayının 30-dək davam edəcək. Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşəcək və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
İlk olaraq, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Gülnar Həsənbəyova tanıdılıb. O, əl işləri hazırlayaraq satışını həyata keçirir. Beləliklə, kiçik sahibkar kimi fəaliyyət göstərir.
Gülnarın hazırladığı bəzi məhsulları təqdim edirik: