Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə tədbir keçirilib. Bu haqda ShimalNews 21 dekabr tarixində məlumat verir.
Maarifləndirmə aksiyası zamanı mütəxəssislər İİV/QİÇS-nin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.
Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.