Xaçmazda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 27 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Xaçmaz-Xudat yolunda Mövlan Burcəliyevə, Köhnə Xaçmaz kəndində Nemət Ağayevə məxsus müəssisələrdə qayda pozuntuları aşkar edilib. Onlar barəsində inzibati protokol tərtib edilib.