Xaçmazın İzmaylovka qəsəbəsində dava iştirakçıları bıçaqlanıblar və güllə yarası alan da var. Bu haqda ShimalNews 4 noyabr tarixində məlumat verir.
Cami Zalov və 45 yaşlı Şimali kənd sakini Ramik Rüstəmovun aralarında mübahisə baş verib. İlkin məlumata görə, sonuncu 2 güllə və 22 bıçaq xəsarəti alıb.
Hadisə zamanı Yalama kənd sakini, 45 yaşlı Şöhrət Şıxmətov da bıçaq xəsarətləri alıb. C.Zalovun saxlanılması istiqamətində tədbirlər görülür.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.