top
Xaçmazda DƏHŞƏT: 33 yaşlı kişi 10 yaşlı oğlanı zorladı
27 fevral 2025, 15:40
- ↺ +

Xaçmazda DƏHŞƏT: 33 yaşlı kişi 10 yaşlı oğlanı zorladı

Xaçmazda 10 yaşlı oğlana qarşı zorakılıq hərəkətləri edilib.

Shimal.News-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Novruz Nəcəfov (ad şərtidir) 1992-ci ildə Xaçmaz rayonunda doğulub. O, öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ötən ilin 29 iyun tarixində 10 yaşlı həmkəndlisi Aqil Əsədova (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Azyaşlını gilas vermək adı ilə aldadaraq mərhum nənəsinin Ağçay kəndində yerləşən evinə aparıb və orada qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bununla da Novruz Nəcəfov Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Novruz Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib:

“Aqilgilin ailəsi ilə qonşuyuq. Onlarla düşmənçiliyimiz olub. Bir neçə ay əvvəl həbsdən çıxmışam. Türməyə düşməyimə səbəb Aqilin babası olub. Ona görə onlardan qisas almaq məqsədi ilə evlərindən oğurluq etmək qərarına gəldim. Aqilin atası mənim əmimlə birlikdə narkotik vasitə əkib-becərirdilər. Hətta buna görə həbsə də düşüblər.

Hadisə günü gilas vermək üçün Aqili nənəmdən qalan evə apardım. Yolda  gedərkən ondan evdəki qızılların yerini soruşdum. Mənə demədiyi üçün qulağını çəkib, evə göndərdim. Onun dediyi hər şey yalandır. Mən qonşumun oğluna qarşı seksual xarakterli heç bir hərəkət etməmişəm”.

Daha sonra məhkəmədə zərərçəkmiş Aqil Əsədov ifadə verib:

“Novruz bizə gəlib məni gilas yığmaq adı ilə nənəsindən qalan evə apardı. Ətrafda heç kim yox idi. Evin ikinci mərtəbəsinə qaldırıb paltarımı soyundurdu. Onun dediklərinə əməl etməsəm, məni öldürəcəyi ilə hədələdi. Məcbur cinsi əlaqədə oldu. Ağrı hiss etsəm də, qorxumdan səsimi çıxarmadım. Daha sonra Novruza zəng gəldiyi üçün mənə “evinizə get” dedi. Məndən pul və ya qızıl barədə heç nə soruşmayıb. Əksinə, “sənin xalan qızı Gülzardan xoşum gəlir, onun nömrəsin tap, mənə ver”  demişdi”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Novruz Nəcəfovu cinayət üzrə təqsirli bilib.

Məhkəmənin qərarı ilə Novruz Nəcəfov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Faydalı
Bu gün, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Bu gün, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Bu gün, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Bu gün, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Bu gün, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
Dünən, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
Dünən, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
Dünən, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
Dünən, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Dünən, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Dünən, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Dünən, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Dünən, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Dünən, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
23 sentyabr 2026, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
23 sentyabr 2026, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
23 sentyabr 2026, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
23 sentyabr 2026, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
23 sentyabr 2026, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
23 sentyabr 2026, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
23 sentyabr 2026, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
23 sentyabr 2026, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
23 sentyabr 2026, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Oxşar xəbərlər