Xaçmaz rayonunda saat 11:00 radələrində 36 yaşlı Samir Alxasovun öldüyü məlum olub. Bu haqda ShimalNews 2 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mərhumun kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat etməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırmalar aparılır. S.Alxasovun əvvəllər məhkum olduğu bildirilib.
Əlavə məlumat veriləcək.