Xaçmazda "Dilimizi sevək və inkişaf etdirək" adlı məlumat saatı keçirilib. Bu barədə ShimalNews 28 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Xaçmaz rayon MKS-in Qaradağlı kənd kitabxana filialı və Qaradağlı kənd sənətkarlıq klubunun əməkdaşları ilə birlikdə təşkil edilib. Məlumat saatı 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə baş tutub.