Xaçmaz rayonunda ot bağlaması yanıb. Bu barədə ShimalNews 27 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.
Hadisə rayonun Seyidlər kəndində baş verib. Ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 5 ton ot bağlaması yanıb.
Ot bağlamalarının qalan hissəsi alovdan mühafizə edilib.