Xaçmaz rayonu ərazisində qızılcaya yoluxanların sayı müəyyən edilib. Bu haqda ShimalNews 6 dekabr tarixində məlumat verir.
Rayon Mərkəzi Xəstəxanasına müraciət edənlərdən 21 nəfərin xəstəliyə tutulduqları məlum olub. Onlardan 5-i ağır vəziyyətdə olduqlarından Bakı şəhərindəki xəstəxanalara göndərilib, digərlərinə ambulator şəraitdə və yaşayış yerlərində müalicə təyin edilib.