Xaçmaz şəhərinin mərkəzində antisanitar vəziyyət yaranıb. Bu barədə ShimalNews 23 noyabr tarixində məlumat verir.
İzləyicilərimiz tərəfindən N.Nərimanov küçəsində ərazinin zibilliyə çevrildiyi qeydə alınıb:
“Görünür ki, elektrik transformatorunun üzərində yazılan “buranı zibilləmə” xəbərdarlığı da insanlara təsir eləmir. Bura pensiya fondunun yanındakı dalan yerdir, daima piyadalar işləyir bu yolla”, - deyə sakin bildirib.